COP29

Azərbaycan komandasından "Barselona"sayağı qol - VİDEO

23 Aprel 22:20 Sumqayıt 1 058
Azərbaycan komandasından "Barselona"sayağı qol - VİDEO

"Sumqayıt" Premyer Liqanın 31-ci turunu vacib qələbə ilə arxada qoydu.

"Kimyaçılar" avrokuboklara vəsiqə uğurunda əsas rəqiblərdən biri olan "Turan Tovuz"u səfər meydanında ağır məğlubiyyətə uğuratdı - 4:1.

Qarşılaşmanın ən baxımlı qoluna isə sözsüz ki, Səbuhi Abdullazadə imza atdı.

"Sumqayıt"ın üçüncü qolunda 22 yaşlı yarımmüdafiəçi uzaq məsafədən vurduğu fantastik zərbə ilə yadda qaldı.

Amma qonaqların ikinci qolu bir başqa gözəlliyə sahib idi.

Erik Sorqa topu qapıdan keçirənə kimi "Gənclik şəhəri" təmsilçisinin bütün futbolçuları hücumda iştirak etdi.

1 dəqiqə 21 saniyə çəkən hücum 31 toxunuşu əhatə etdi.

XANOĞLAN / SPORTİNFO.AZ

Baxımlı hücum sonrası vurulan həmin qola aşağıdakı linkdə baxa bilərsiniz:

Digər Xəbərlər
Xəbər Lenti