"Sumqayıt" avrokuboklara getsə, rəqiblərini harada qəbul edəcək?

22 Aprel 16:40 Sumqayıt 1 460
"Sumqayıt" avrokuboklara getsə, rəqiblərini harada qəbul edəcək?

"Sumqayıt" tarixində üçüncü dəfə avrokuboklara gedə bilər.

Sona 5 tur qalmış aktivində 47 xalı olan komanda üçüncü pillədə qərarlaşıb.

İndi yerli publikanı qayğılandıran əsas məsələlərdən biri də uğur əldə olunsa, Avropa arenasında komandanın rəqiblərini harada qəbul edəcəyidir.

Əvvəlki illərdə "kimyaçılar" rəqibini 1300 nəfər tutumu olan "Kapital Arena"da qəbul edib.

İndi isə daha müasir, tutumu daha çox olan (9500 nəfər) Mehdi Hüseynzadə adına Sumqayıt şəhər stadionu klubun ixtiyarındadır.

Kollektiv bu ildən Premyer Liqadakı ev oyunlarını burada keçirir.

Bəs avrokuboklar?

Klubdan əldə etdiyimiz məlumata görə, böyük ölçüdə "Sumqayıt" böyük publika önündə rəqiblərini qəbul edə biləcək.

Amma bunun üçün bəzi nöqsanların aradan qaldırılması şərtdir.

Bir neçə gün əvvəl UEFA numayəndəsi arenada olub.

Bir sıra nöqsanları qeydə alıb.

Bura təhlükəsizlik kameraları, turniketlərin qurlaşdırılması, yayımçı kanal üçün şəraitin yaxxşılaşdırılması və.s daxildir.

Əgər iradlar aradan qaldırılsa, stadiona 4-cü kateqoriya verilə bilər.

Azərbaycanda bu kateqoriyaya aid cəmi 3 arena var.

Söhbət Bakı Olimpiya Stadionu, "Neftçi Arena" və Tofiq Bəhramov adına Respublika stadionundan gedir.

Maraq üçün bildirək ki, avrokuboklardakı ilk iki mərhələni qəbul etmək üçün 2-ci kateqoriyaya daxil olan stadionun olması da yetərlidir.

Bu isə o deməkdir ki, "Sumqayıt" ən pis halda ilkin mərhələni Mehdi Hüseynzadə adına Sumqayıt şəhər stadionunda keçirə biləcək.

XANOĞLAN / SPORTİNFO.AZ

Digər Xəbərlər
Xəbər Lenti