Samir Abasov ürəyini boşaltdı: "Sumqayıtlılara xoş olmasa da deyim ki..."

18 Aprel 14:40 Sumqayıt 1 929
Samir Abasov ürəyini  boşaltdı: "Sumqayıtlılara xoş olmasa da deyim ki..."

“Sumqayıt” üçün mövsüm yaxşı sürətlə davam edir.

30 turdan sonra aktivində 44 xalı olan “kimyaçılar”ı ikinci pillədən cəmi 3 xal ayırır.

Sona 6 tura qalır. Mövsümün böyük bölümünü uğurlu oyun, yaxşı nəticələrlə keçirən Samir Abasovun yetirmələri sonda avrokuboklardan kənarda qalsa, rəhbərlik az tənqid olunmayacaq.

Çünki qışda heyət bir qədər gücləndirilsə, bu gün mübarizə aparmaq bir xeyli asanlaşardı. Artıq indidən azarkeşlər kasad heyətə görə rəsmiləri qınamaqdadır.

Görəsən, mövsümün sonu Avropaya getmək sevdası baş tutmasa, bunu rəhbərliyin transferlərə yetəri qədər büdcə ayırmamasına bağlamaq nə dərəcədə ədalətli olacaq?

Sualımıza cavab olaraq təcrübəıi mütəxəssis bunları deyib:

Nə qədər sumqayıtlılara xoş olmasa da deyim ki, biz klub olaraq avrokubokları getməyi qarşımıza məqsəd qoymamışdıq. Pillə-pillə addımlamaq istəyirik.

İstəyimiz o olub ki, rəqiblər bura gələndə Sumqayıta səfər etdiklərinin fərqinə varsınlar. Bir oyun üslubumuz olduğunu qəbul etsinlər, buradan xalla qayıtmağın çətinliyinə razılaşsınlar.

Məncə, bu yolda hər şeyi etməyə çalışmışıq. Hə, ola bilər ki, bəzi şeylər alınmayıb.

Bundan sonra da davam edəcəyik. Daha yaxşı olacağımızı sizə deyə bilərəm.

Qarşımıza məqsəd qoyduq-qoymadıq, əgər avrokuboklara gedə bilməsək, bu, sırf öz günahımız olacaq. 5 nəfər günahkar varsa, onun 4-ü baş məşqçidir.

Yığılan heyətdə, onların kəmiyyətində, keyfiyyətində də baş məşqçi günahkar olacaq. Bir faiz orda-burda axtara bilərik.

Lakin hər şeyin normal olduğunu deyə bilərəm. Azarkeşlərə səslənirəm ki, narahat olmasınlar, hər şey daha da yaxşı olacaq".

XANOĞLAN / SPORTİNFO.AZ

Digər Xəbərlər
Xəbər Lenti
30 Aprel 18:10 Çək və bizə göndər!
30 Aprel 17:40 "Neftçi"nin yeni AĞAsı