COP29

Premyer Liqa klubunun prezidenti vəzifəsindən getmək istəyir – SON DƏQİQƏ

16 Aprel 10:40 Sumqayıt 2 412
Premyer Liqa klubunun prezidenti vəzifəsindən getmək istəyir – SON DƏQİQƏ

«Sumqayıt»ın rəhbərliyində dəyişiklik ola bilər.

2018-ci ilin əvvəlindən «kimyaçılar»a rəhbərlik edən Riad Rəfiyevin klubun prezidenti postundan ayrılması gözlənilir.

Redaksiyamıza daxil olan məlumata görə, o, bu barədə yaxın çevrəsinə danışıb. «Gənclik şəhəri» təmsilçisinin gənc idarəçisi mövsümün sonunda hazırkı vəzifəsi ilə vidalaşmağı planlaşdırdığını söyləyib.

Rəfiyev özünün şəxsi biznesini böyütmək istədiyini, bütün diqqətini yeni quracağı şirkətin inkişafına yönəltmək niyyətində olduğunu bildirib.

«Sumqayıt» mərhum iş adamı Rasim Rəfiyevin oğlunun prezidentliyi dövründə iki dəfə avrokuboklara vəsiqə qazanıb, eyni sayda ölkə kubokunun finalına yüksəlib.

Hazırda da komanda qitəmiqyaslı yarışlarda iştiraka iddialıdır. Premyer Liqanın geridə qalan 30 turunda 44 xal toplayan «kimyaçılar» turnir cədvəlinin 4-cü pilləsində qərarlaşıb.

SPORTİNFO.AZ

Digər Xəbərlər
Xəbər Lenti