Azərbaycanda bu iki komanda arasında nə baş verir?

15 Aprel 2024 23:20 Sumqayıt 1 170
Azərbaycanda bu iki komanda arasında nə baş verir?

Azərbaycan Premyer Liqasında XXX turunda üz-üzə gələn “Sumqayıt” və “Zirə” mövsüm ərzində 3-cü dəfə qolsuz bərabərliklə ayrılıblar.

Sportinfo.az Peşəkar Futbol Liqasının rəsmi saytına istinadən xəbər verir ki, bir görüşdə isə Bakı klubu minimal hesabla qalib gəlib.

Rəqiblərin 4 duelində cəmi 1 qol vurulub. Bu, ölkə çempionatları tarixində 2-ci hadisədir ki, dörd dəfə üz-üzə gələn komandaların qarşılaşmalarında bir qol vurulur.

10 il əvvəl – 2012/13 mövsümündə “Qarabağ”la “Simurq” arasında 4 matçda 1 qol vurulub. Həmin qola Zaqatala təmsilçisi imza atıb.

“Sumqayıt” – “Zirə” və “Qarabağ” – “Simurq” cütləri Azərbaycan çempionatlarının 2-ci ən aşağı məhsuldarlığına şərikdirlər.

Mütləq rekord isə 2009/10 mövsümünün “Böyük oyun”larına təsadüf edib. “Neftçi” və “Xəzər Lənkəran” arasında 4 matç qolsuz başa çatıb.

Digər Xəbərlər
Xəbər Lenti
15 Sentyabr 18:10 Çək və bizə göndər!
15 Sentyabr 14:30 "Sportinfo TV”də GÜNDƏM
15 Sentyabr 11:20 "Şikayətlənə bilmərik"
15 Sentyabr 03:50 Nəbiyevdən uğurlu debüt
15 Sentyabr 03:40 Yığmamız finalı uduzdu