"Sumqayıt" tarixi rekorda imza atdı – Ən çox…

2 Aprel 2024 03:20 Sumqayıt 1 573
"Sumqayıt" tarixi rekorda imza atdı – Ən çox…

“Sumqayıt” tarixi ərzində bir mövsümdə ən çox xalı toplayıb.

Sportinfo.az xəbər verir ki, sözügedən komanda bu nailiyyətə Azərbaycan Premyer Liqasının 2023/2024 mövsümünün 28-ci turunun “Araz-Naxçıvan”la oyununda qazandığı qələbə sayəsində çatıb.

Belə ki, cari mövsümdə xallarının sayını 42-yə çatdıran Samir Abasovun baş məşqçisi olduğu kollektiv bununla da tarixi rekorda imza atıb.

"Sumqayıt” FK bundan öncə ən çox xalı da məhz Samir Abasovun rəhbərliyi altında 2017/2018 mövsümünün yekununda toplamışdı – 40 xal.

Sözügedən mövsümdə Azərbaycan Premyer Liqasında 8 komanda mübarizə aparırdı və ümumilikdə 28 tur oynanılmışdı.

Digər Xəbərlər
Xəbər Lenti
16 Sentyabr 18:10 Çək və bizə göndər!
16 Sentyabr 14:30 "Sportinfo TV”də GÜNDƏM
16 Sentyabr 08:40 Cəfərov UEFA-ya lazım oldu