Elxan Məmmədova görə tüpürmək və ya sifariş kimdən gəlmişdi?

1 Aprel 11:40 Sumqayıt 786
Elxan Məmmədova görə tüpürmək və ya sifariş kimdən gəlmişdi?

Kamranbəy Rəhimvov. Bu adı yaxşı-yaxşı yadda saxlamayın.

Ondan hakim olmayacaq. Tezliklə unudulub gedəcək.

Cavid Cəlilov. Bu adı yaxşı-yaxşı yadda saxlayın.

Onun səsi çıxacaq. Ola bilər, bir az gözləyəsi olduq. Amma çox uzağa gedə bilməyəcək. Üzü kimi, astarı da bilinəcək.

Dünən bui kili Sumqayıtda idi. AFFA Hakimlər Komitəsinin sədri Barış Şimşəklə bərabər.

Biri meydanın düz ortasında. Biri VAR otağında. Biri də onlara qiymət yazırdı.

«Sumqayıt» - «Araz-Naxçıvan» qarşılaşmasının çərxi-fələyi 7-ci dəqiqədə çöndü. Cordan Rezabalanın Kristian Avramla üzbəüz qaldığı epizodda.

Ekvadorlu vingerin topa zərbə endirəndən sonra moldovalı qapıçıya təmas etdiyi epizoda görə çalınan penalti fiti Azərbaycan hakimliyinin dünəninə və bugününə tüpürmək idi, onu da Kamranbəylə Cavid etdi.

Burnu fırtdıqlı Rəhimovun meydanda yol verdiyi yanlışı Cəlilov düzəldə bilərdi. VAR otağında əyləşmiş zat onu ziyanın yarısından qaytarmadı. Bir qəsd, hiylə ilə sanki.

Burada təsadüf-zad yoxdur. Hakimlər Komitəsini nəzarəti altında saxlayanlar «Səbail»lə yanaşı, «Sumqayıt»ı da «toxunulmazlar siyahısı»na daxil edib,

Bunu Samir Abasovdan soruşsaq, mənə elə gəlir ki, o da danmaz. Boynuna alar ki, hakimlərdən bu dərəcədə simpatik yanaşmanı yalnız «Neftçi» ilə çempion olduğu 2021-ci ildə görüb.

Bu münasibət ona görə deyil. Gəlin, həqiqətin bu tərəfini də deyək. Hakim zümrəsinin «Sumqayıt»ı qanadı altına alması klub rəhbərliyinə görədir. Çün «Sumqayıt»ın idarəçiləri 14 il AFFA-da ağalıq etmiş Elxan Məmmədovun kadrlarıdır. Düzdür, Məmmədov 2 ilə yaxındır buradan gedib, amma nə olsun, adamları hələ də AFFA-da vəzifə və söz sahibidir. Onlar federasiyadan gethagetdə belə, öz yaxınlarının lehinə başqalarına qərəz göstərməkdən çəkinmirlər,

Eh, qudurasan qurbağa!

Elxan Məmmədovun təsiri çox güclüdür bu kəsimə. Ona görə də kəsə-kəsə gedirlər hakimliyin ömründən. Futbola tüpürmək daha necə olur ki?

MUSA

Digər Xəbərlər
Xəbər Lenti