Vergi mübahisəsi aranı qatdı, klub rəhbərliyi futbolçuları son anda razı sala bildi

25 Mart 2024 11:05 Sumqayıt 1 387
Vergi mübahisəsi aranı qatdı, klub rəhbərliyi futbolçuları son anda razı sala bildi

«Sumqayıt»da rəhbərliklə futbolçular arasında yaranmış problem çözülüb.

Vergi qanunvericiliyində edilmiş dəyişikliklə əlaqədar ortalığa çıxmış çətinliktin həlli yolunda kompramis əldə etmək mümkün olub.

Belə ki, illik müqavilə əsasında aylıq əməkhaqqı alan oyunçuların pulundan 20 faiz vergi tutulmayacaq. 5%-dən 20%-ə qaldırılan verginin 10 faizi klubun özü tərəfindən dövlətə ödəniləcək.

Yerdə qalan 10% isə mükafat fonduna aid edilib. Yəni ki, komanda üzvləri qələbə qazandıqları hər oyuna görə alacaqları mükafatın bir hisəssini geri qaytaracaq.

Klub da öz növbəsində həmin məbləği Dövlət Vergi Xidmətinə köçürəcək.

SPORTİNFO.AZ

Digər Xəbərlər
Xəbər Lenti
4 Sentyabr 18:10 Çək və bizə göndər!
4 Sentyabr 14:30 "Sportinfo TV”də GÜNDƏM