Premyer Liqa klubunun prezidenti PULSUZ JEST etdi, baş məşqçi imkan vermədi

23 Mart 18:35 Sumqayıt 915
Premyer Liqa klubunun prezidenti PULSUZ JEST etdi, baş məşqçi imkan vermədi

Dünən xəbər verdiyimiz kimi, «Kəpəz»in mövsümün qalan hissəsində ev oyunlarını harada keçirəcəyi dəqiqləşib.

Stadionu sökülən Gəncə təmsilçisi yenidən Tovuza dönüb.

Bu istiqamətdə aparılan danışıqlar heç də hamar keçməyib. «Turan Tovuz» təqvimin sıxlığını və meydançanın yüklənməsini əsas gətirərək, öncə qarşı tərəfə mənfi cavab verib.

«Kəpəz»in İdarə Heyətinin sədri İlqar Nadiri vəziyyəti belə görüncə, Futbolun İnkişafı Fondunun (FİF) icraçı direktoru Tural Piriyevə müraciət edərək.

Beləcə, FİF-in aparıcı şəxsinin iştirakıyla İ,Nadiri və Tovuz klubunun İdarə Heyətinin sədri Ehtiram Quliyev arasında üçtərəfli görüş görüş keçirilib.

«Sarı-göylər»in rəhbəri komandanın yollarda qaldığını, çoxsaylı borclarının olduğunu, bu üzdən başqa yerə getməyə pul tapmadıqlarını iddia edib.

Tural Piriyev növbəti dəfə köməklik göstərməsi üçün E.Quliyevə minnətçi düşüb. Sonuncu FİF-in icraçı direktorunun sözünü yerə salmayaraq, «Kəpəz»in bura qayıdışına razılıq verib.

Demə, ondan öncə «Sumqayıt» gəncəlilərə öz köməyini təklif edib. «Kimyaçılar»ın prezidenti Riad Rəfiyev bu barədə İlqar Nadirini məlumatlandırıb.

O, hətta «Kapital Arena»dan istifadəyə görə pul almayacaqlarına dair qarşı tərəfi bilgiləndrib.

«Kəpəz»in İdarə Heyətinin sədri bu jestdən məmnun olsa da, baş məşqçi Adil Şükürov komandanı Sumqayıta aparmaqdan imtina edib. Çalışdırıcı rəqibləri rayon mühitində qəbul etməyin vacibliyi üzərində dayanıb.

Bildirib ki, Bakıda və Sumqayıtda meydana çıxsalar, qələbə qazanmaq onlara çətin olacaq.

SPORTİNFO.AZ

Digər Xəbərlər
Xəbər Lenti
26 Aprel 18:10 Çək və bizə göndər!
26 Aprel 01:40 "O, bizə yalan dedi"