"Səhv etdik, uduzmaq istəmədik, amma…"

20 Mart 21:15 Sumqayıt 563
"Səhv etdik, uduzmaq istəmədik, amma…"

“Sumqayıt”ın müdafiəçisi Murad Xaçayev Sportinfo.az-a açıqlama verib.

O,Premyer Liqanın 27-ci tutunda “Sabah”dan aldıqları məğlubiyyəti (1:2) şərh edib:

“İlk hissədə meydanın mərkəzində bərabərsəviyyəli oyun gedirdi. Hər iki tərəfin də real qol imkanları yox idi.

Sadəcə, onlar bizim səhvlərimizdən yararlandılar və qol vurdular”.

Təcrübəli futbolçu ikinci yarı riskə getdiklərini, amma istəklərinə tam nail ola bilmədiyini dilə gətirib:

“İkinci hissədə isə biz irəli getdik. Çünki uduzmaq istəmirdik.

Bu səbəbdən də rəqib qapısında çoxlu şanslar yaratdıq. Amma təəssüf ki, yalnız bir dəfə fərqlənmək mümkün oldu”.

XANOĞLAN

Digər Xəbərlər
Xəbər Lenti