ŞOK! Premyer Liqa təmsilçisi bayram günü məşqçilərini maaşsız qoydu

19 Mart 22:20 Sumqayıt 1 375
ŞOK! Premyer Liqa təmsilçisi bayram günü məşqçilərini maaşsız qoydu

"Sumqayıt" rəhbərliyinin atdığı addım akademiyanın məşqçilərini narazı salıb.

Belə ki, Novruz bayramı öncəsi hər kəsin maaşları ödənsə də onlara fərqli münasibət göstərilib.

Əsas komandanın, əvəzedici heyətin, qızlar komandasının və ofisdə çalışan bütün heyətin fevral ayı üçün ödənişi edilsə də, akademiyanın məşqçilərinə ödəniş edilməyib.

Son günə qədər pullarını alacağına ümid edən kollektivə yekunda bildirilib ki, ödəniş bayramdan sonra olacaq.

Çarəsiz duruma düşən məşqçilər aldıqları xəbərdən sonra üzgün halda bazanı tərk ediblər.

Söhbət təxminən 40-a yaxın məşqçi heyətindən gedir.

SPORTİNFO.AZ

Digər Xəbərlər
Xəbər Lenti
26 Aprel 18:10 Çək və bizə göndər!
26 Aprel 01:40 "O, bizə yalan dedi"