Azərbaycan klubuna görə milliyə getməkdən imtina etdi

20 Mart 2024 22:55 Sumqayıt 3 000
Azərbaycan klubuna görə milliyə getməkdən imtina etdi

"Sumqayıt"ın yarımmüdafiəçisi milli komandaya getməkdən imtina edib.

Söhbət Tresor Mossidən gedir.

22 yaşlı legioner Burundin millisindən aldığı dəvətə "yox" deyib.

Səbəb isə yığmanın yoldaşlıq xarakterli görüşlərə çıxması olub.

Mossi məsafənin uzaq olmasını millidəki məşqçilərin diqqətinə çatdırıb və indiki halda klubun düşərgəsində qalmasının daha faydalı olacağını bildirib.

Burundin millisinin məşqçilər korpusu futbolçunun çempionatın ən gərgin dönəmində klubunun yanında olmaq qərarına etiraz etməyiblər.

Orta sahə oyunçusu ötən ilin yayında "kimyaçılar"a transfer olunub.

O, bu mövsüm 25 oyunda meydana çıxıb və 1 qol ötürməsilə yadda qalıb.

XANOĞLAN / SPORTİNFO.AZ

Digər Xəbərlər
Xəbər Lenti
15 Sentyabr 18:10 Çək və bizə göndər!
15 Sentyabr 14:30 "Sportinfo TV”də GÜNDƏM
15 Sentyabr 11:20 "Şikayətlənə bilmərik"
15 Sentyabr 03:50 Nəbiyevdən uğurlu debüt
15 Sentyabr 03:40 Yığmamız finalı uduzdu
15 Sentyabr 02:30 “Zelenskinin komandası”