Samir Abasovu qane etmədi, ikinci komandaya göndərildi

19 Mart 2024 16:40 Sumqayıt 1 759
Samir Abasovu qane etmədi, ikinci komandaya göndərildi

“Sumqayıt”ın forvardı Kamran Quliyev iki aya yaxındır əsas komandadan uzaq düşüb.

Yayda “Sabah”ı “kimyaçılar”a dəyişən hücumçunun yoxluğu səbəbsiz deyilmiş.

Belə ki, zədədən qayıdan Quliyevin performansı məşqçilər korpusunu qane etməyib.

Samir Abasov belədə onun əvəzedici komandaya göndərilməsinə qərar verib.

Nə vaxt qaytarılacağı isə sual olaraq qalır.

24 yaşlı oyunçu bu mövsüm 19 oyunda forma şansı qazanıb.

O, bu matçlarda 3 qol, 1 qol ötürməsilə yadda qalıb.

XANOĞLAN / SPORTİNFO.AZ

Digər Xəbərlər
Xəbər Lenti
7 Noyabr 18:10 Çək və bizə göndər!
7 Noyabr 17:40 Biri belə, biri elə