"Sabah" Sumqayıtda arzusuna çatdı, "Neftçi"ni haqladı - VİDEO

18 Mart 2024 00:40 Sumqayıt 977
"Sabah" Sumqayıtda arzusuna çatdı, "Neftçi"ni haqladı - VİDEO

Azərbaycan Premyer Liqasında XXVII tura yekun vurulub.

Sportinfo.az xəbər verir ki, günün ikinci matçında "Sumqayıt" evdə "Sabah"ı qəbul edib.

Qarşılaşma qonaqların qələbəsi ilə bitib - 2:1. "Bayquşlar"ın heyətində Anatoli Nuriyev 25-ci dəqiqədə hesabı açıb.

62-ci dəqiqədə Murad Xaçayev avtoqol müəllifi olub. 84-cü dəqiqədə meydan sahiblərinin heyətində Erik Sorqa fərqi azalda bilib.

Bu nəticədən sonra 40 xala malik olan "Sabah" ikinci pillədəki "Neftçi"yə çatıb. "Gənclik şəhəri" təmsilçisi 39 xalla beşincidir.

Digər Xəbərlər
Xəbər Lenti
7 Noyabr 18:10 Çək və bizə göndər!
7 Noyabr 17:40 Biri belə, biri elə