“Sumqayıt”da hər kəsə XƏBƏRDARLIQ ETDİ

16 Mart 21:20 Sumqayıt 765
“Sumqayıt”da hər kəsə XƏBƏRDARLIQ ETDİ

“İkinci yeri qorumaq üçün bundan sonrakı oyunlarda qalib gəlməliyik.

Bu isə heç də asan deyil”.

“Sumqayıt”ın müdafiəçisi İsa Suliman Sportinfo.az-a açıqlamasında şərəfini qoruduğu komandanın turnir cədvəlindəki mövqeyini şərh edib.

Samir Abasovun yetirmələri ötən həftə əsas rəqibləri “Səbail”lə oyunda hava-su kimi vacib 3 xalı qazanmağı bacardı. Və bu qalibiyyətin nəticəsində ikinci pilləni “dənizçilər”in əlindən geri aldı.

“Neftçi”, “Sabah”, “Zirə”, “Səbail”, “Turan Tovuz” kimi komandaların da medallar uğrunda mübarizə apardıqlarını nəzərə alsaq, ikinci pilləni qorumaq çətin görünür.

Pakistan millisinin də formasını geyinən Suliman mümkün uğurun reseptini açıqlayıb:

“Çətin olanı etmişik. Bu gün ikinci pillədəyiksə, bu, aylardır çəkilən zəhmətin nəticəsidir. Vacib olan bundan sonrakı mərhələdir. Qarşıda bizi 10 vacib oyun gözləyir.

Özümüzə, oyunumuza və meydandakı davranışlarımıza diqqət yetirməliyik. Bundan sonra hər şey özümüzdən asılıdır. Qələbələrin davamını gətirməsək, rəqiblərimiz bizi üstələyəcəklər.

Və ən vacibi, mövsümün sonunu düşünməməliyik. Yekunda nə olacaqsa, olacaq. Önəmli olan qarşıdan gələn oyuna hazırlaşmaqdır.

Yəni matçları bir-bir göz önünə almalıyıq, cəm formada yox. İndidən oturub gələcəklə bağlı xəyallar qursaq, ya da narahatlıq keçirsək, əlimizdə olanı da itirə bilərik”.

“Aston Villa”nın yetirməsi olan İsa Suliman mərkəz müdafiəçisi olmasına baxmayaraq, 4 qolla “kimyaçılar”ın ən məhsuldar üç futbolçusundan biridir.

HƏBİB / SPORTİNFO.AZ

Digər Xəbərlər
Xəbər Lenti
26 Aprel 18:10 Çək və bizə göndər!