"Sumqayıt"dan bu legionerləri milliyə çağırdılar

15 Mart 2024 07:30 Sumqayıt 931
"Sumqayıt"dan bu legionerləri milliyə çağırdılar

"Sumqayıt"ın üç legioneri ölkələrinin milli komandalarına dəvət alıb.

Sportinfo.az xəbər verir ki, bunlar pakistanlı İsa Suliman, Çaddan olan Kasimir Ninqa və Burundi yığmasına cəlb edilən Tresor Mossidir.

Pakistan millisi martın 21-də və 26-da dünya çemionatının Asiya zonası üçrə seçmə mərhələsində İordaniya ilə üz-üzə gələcək.

Çad yığması martın 22-si və 26-da Afrika Millətlər Kubokunun təsnifat mərhələsində Mavritaniya ilə qarşılaşacaq.

Burundi isə martın 22-də və 25-də Madaqaskar və Botsvana ilə yoldaşlıq görüşləri keçirəcək.

Digər Xəbərlər
Xəbər Lenti
4 Sentyabr 18:10 Çək və bizə göndər!
4 Sentyabr 14:30 "Sportinfo TV”də GÜNDƏM