Azərbaycandakı pakistanlı sirri açdı: "Başqa yolumuz yox idi"

15 Mart 16:40 Sumqayıt 416
Azərbaycandakı pakistanlı sirri açdı: "Başqa yolumuz yox idi"

“Sumqayıt”ın müdafiəçisi İsa Suliman Sportinfo.az-a müsahibə verib.

Pakistan millisinin də şərəfini qoruyan 26 yaşlı futbolçu komandasının “Səbail” üzərində 1:0 hesablı qələbəsindən sonra ortaya çıxan sualları cavablandırıb.

- “Neftçi”ni məğlub edəndən sonra 4 oyun idi qələbə qazana bilmirdiniz. “Səbail”lə oyunda meydana sanki itirilən xalların qisası üçün çıxmışdınız.

- Tam doğrudur. “Səbail”ə qədər 4 oyunda qalib gəlməmişdik, və bu, istər-istəməz narahatlıq yaradırdı. Ona görə də matçda 3 xal qazanmağımız çox vacib idi. Oyundan əvvəl bu barədə söhbətimiz olmuşdu. Qələbə qazanmaqdan başqa yolumuz yox idi. Ən yaxşı oyunumuzu oynamasaq da, qələbə qazanmaq üçün çox çalışdıq.

- Son 4 görüşün 3-nü qələbə ilə başa vuran “Səbail”i öz meydanında məğlub etmək üçün Samir Abasov sizə hansı resepti vermişdi?

- Bilirdik ki, “Səbail” son həftələrdə çox yaxşı formadadır, özlərinə inanırlar. Əsas məqsəd oyun ərzində intizamı qorumaq idi. Bilirdik ki, top onların müdafiəçilərinin arxasınadakı boş zonaya ötürüləndə, bundan yararlanmaq mümkündür. Gördüyünüz kimi, qolu da məhz bu yolla vurduq. Məşqlərdə bunun üzərində çalışmışdıq.

- Razılaşaq ki, ikinci hissədə “Səbail” çoxsaylı qol imkanlarından yararlana bilmədi.

- İlk hissəni aktivimizə yazmaq olar. Birinci 45 dəqiqədə qoldan başqa da şanslarımız var idi. Dəyərləndirsə bilsəydik, işimiz rahatlaşacaqdı. Fasilədən sonra onların fürsətləri oldu. Hər iki komandanın qol imkanları var idi.

- “Dənizçilər” 67-ci dəqiqədə penaltidən yararlana bilmədi. Həmin epizodu oyunun həlledici anı hesab edirsən?

- Penalti epizodu birmənalı matçın həlledici məqamı idi. Qapıçımız Mehdiyə əla qurtarışa görə təşəkkür edirəm. Penaltidən başqa 2-3 epizodda da möhtəşəm seyvlərlə diqqət çəkdi.

HƏBİB

Digər Xəbərlər
Xəbər Lenti
26 Aprel 18:10 Çək və bizə göndər!
26 Aprel 01:40 "O, bizə yalan dedi"