Samir Abasov “Neftçi”yə söz atdı: "Çempion olana qiymət verilmirsə… "- VİDEO

14 Mart 09:00 Sumqayıt 578
Samir Abasov “Neftçi”yə söz atdı: "Çempion olana qiymət verilmirsə… "- VİDEO

“Əfsuslar olsun ki, Azərbaycan futbolunda hər şeyi baş məşqçidən bilirlər”.

Sportinfo.az xəbər verir ki, bu sözləri “Sumqayıt”ın baş məşqçisi Samir Abasov “ARB TV”də yayımlanan "Olimpə doğru" verilişinə müsahibəsində deyib.

Çalışdırıcı müsahibəsində maraqlı fikirlər səsləndirib:

“Sabitlik olmalıdır, bir klubda işləyəndə bilməlisən ki, burada necə addımlamaq olar, nələr etməlisən.

Bunlar vacib məsələlərdir. Amma Azərbaycan futbolunda bütün olanları baş məşqçidən bilirlər.

Transferlər niyə az oldu, legionerlər niyə belə oynadı, azarkeşlər niyə belə etdi. Heç kəs inciməsin amma bunda medianın da rolu var”.

S.Abasov bu kimi proseslərdə baş məşqçiylə yanaşı, klub rəhbərlərinin də məsuliyyət daşıdığını vurğulayıb:

“Media heç zaman klub rəhbərlərini sorğu-sual etmir. Söhbət təyin olunmuş adamlardan getmir, onlar da canlarını qoyurlar.

Klub rəhbərləri də bunu edə biləcək qədər güclü adamlar deyil, çünki onlar da bir çərçivə içərisində işləyir.

Bu gün avrokuboklara düşmək olar, prioritet budur. Çempion olana qiymət verilmirsə, bəlkə də bu doğrudur.

Bunun səbəbi isə “Qarabağ”ın gördüyü işlərdir. Belə olduqda prioritet çempionat deyil, oralardır. Bir baş məşqçi kimi bunu doğru hesab edirəm”.

Samir Abasov “çempion olana qiymət vermirlər” deməklə "Neftçi"yə söz atıb. O, Bakı klubunu 2021-ci ildə ölkə çempionu eləsə də, qısa müddət sonra vəzifəsindən göndərilmişdi.

Digər Xəbərlər
Xəbər Lenti
26 Aprel 18:10 Çək və bizə göndər!
26 Aprel 01:40 "O, bizə yalan dedi"