Premyer Liqa klubunun prezidenti vacib qələbədən sonra hansı addımı atdı?

17 Mart 18:35 Sumqayıt 1 085
Premyer Liqa klubunun prezidenti vacib qələbədən sonra hansı addımı atdı?

"Sumqayıt" Premyer Liqada davam edən 4 oyunluq qələbə həsrətinə Bayılda son verdi.

Kasimir Ninqanın "Səbail"lə matçın 10-cu dəqiqəsində vurduğu qol komandasına 3 xal qazandırdı.

Bununla da xallarını sayını 39-a yüksəldən "kimyaçılar" yenidən ikinci pillənin tək sahibi oldu.

Qələbənin önəmini nəzərə alan klub prezidenti Riad Rəfiyev final fitindən sonra kollektivi təbrik etmək üçün birbaşa paltardəyişmə otağına enib.

Rəhbər şəxs qələbə sayəsində yenidən ikinci yerə yüksəlməsi münasibəti ilə hər kəsi təbrik edib.

Əlavə olaraq komandanın bu mövsümkü yaxşı çıxışından razılıq edib və qarşıdakı görüşlərdə onlara inandığını bildirib.

XANOĞLAN / SPORTİNFO.AZ

Digər Xəbərlər
Xəbər Lenti
26 Aprel 18:10 Çək və bizə göndər!
26 Aprel 01:40 "O, bizə yalan dedi"