Samir Abasov özünü qurtarmaq istəyir, onu daha futbol maraqlandırmır

9 Mart 11:40 Sumqayıt 1 180
Samir Abasov özünü qurtarmaq istəyir, onu daha futbol maraqlandırmır

Dörd tur idi ki, «Sumqayıt» qələbə qazanmırdı.

Sonuncu dəfə fevralın əvvəlində, «Mehdi Hüseynzadə»nin açılışında «Neftçi»yə üstün gəlmişdilər.

Bu aradakı oyunlarda qol da vura bilməmişdi «Sumqayıt».

Yenə o qolu vura bilmədilər.

Bayıldakı qarşılaşmanın taleyini iki qapıçı - Səlahət Ağayevlə Mehdi Cənnətov həll elədi. Ağayevin yanlışı, Cənnətovun qurtarışı 3 xalı qonaqlara bəxş elədi.

Samir Abasovu baxımlı futbol daha bir o qədər maraqlandırıb. Gözə xoş gələn üslubu keçirib ikinci plana.

Abasovu bu dəqiqə bir tək nəticə maraqlandırır. Lierlər qrupunu tərk eləmək qorxusu «domokl qılıncı» kimi adını çəkdiyim baş məşqçinin çiyinlərinin üstündən asılıb və onu aşağı çəkir.

Fikir götürüb ki, necə edim, «Sumqayıt»ı aşağı düşməyə qoymayım, buralarda saxlayım. Narahatlığını bölüşürəm.

Bu komanda ilə avrokuboklara vəsiqə qazansa, day ona ölüm yoxdur, həmişə haradasa çalışacaq, bekar qalmayacaq.

Doğrudan da, işsizlik çox pis bir şeydir, mən bu hissi yaşamağı heç bir məşqçiyə arzulamıram.

Mehdi bəyənmədiyim çoxsaylı qapıçılardan biridir. Nə gizlədim, Mehdini heç vaxt «1 nömrə» kimi görməmişəm. İgidi öldür, haqqını ver - bəli, bu da var.

Cənnətov Bayılda «Sumqayıt»ın ən yaxşısı idi.

MUSA

Digər Xəbərlər
Xəbər Lenti
26 Aprel 18:10 Çək və bizə göndər!