Premyer Liqa klubunda vəziyyət dəyişdi - Əcnəbi forvarddan İMTİNA OLUNACAQ?

8 Mart 16:20 Sumqayıt 696
Premyer Liqa klubunda vəziyyət dəyişdi - Əcnəbi forvarddan İMTİNA OLUNACAQ?

“Sumqayıt” son 4 turda qələbə üzünə həsrətdir.

Komanda bu qarşılaşmalarda cəmi 1 dəfə fərqlənə bilib.

Həmin görüşlərdən ikisi qolsuz bərabərliklə başa çatıb.

Statistikadan görünən odur ki, daha çox hücum xətti öz missiyasını uğurla yerinə yetirmir.

Təbii ki, bunda Kasimir Ninganın susqunluğu əsas rol oynayır.

Düzdü, Erik Sorqa da forvarddı. Lakin estoniyalının “quru oyun” seriyasına uzun müddətdir alışmışıq.

Elə onun passivliyi sonda komandaya vinger kimi transfer edilən Ninganın hücumçu kimi sınanmasına yola açdı.

Samir Abasovun bu gedişi ilk vaxtlar heç də pis effekt vermedi.

Qış fasiləsinə kimi aktivində 1 qolu belə olmayan Çad millisinin üzvü mövsümün ikinci yarısına fırtına kimi başladı.

İlin ilk görüşündə “Sumqayıt” onun vurduğu qolla “Qəbələ”ni səfərdə məğlub etməyi bacarmışdı.

Ölkə Kubokunda “Neftçi”nin qapısına bir dəfə yol tapan afrikalı “ağ qaralar”la Premyer Liqa matçında isə iki dəfə adını tabloya yazdıra bilmişdi.

Yeni ilin ilk 5 matçında 4 qol vuran Ninqadan gözləntilər bir anda artmağa başladı. Xüsusilə də “Neftçi” qarşısındakı performansından sonra.

Deyəsən, əbəs imiş...

Belə ki, 30 yaşlı legioner son 4 görüşdə meydanı əliboş tərk edir.

Yalnız qol vura bilməməsilə azarkeşlərini üzmür, həm də meydanda ən zəif bəndlərdən biri kimi görünür.

Əbəs deyil ki, son turda “Kəpəz”ə qarşı matçda Abasov onu yanında əyləşdirmiş və yalnız son 34 dəqiqə oynamaq fürsəti vermişdi.

Təcrübəli mütəxəssis də sərəncamındakı əcnəbinin enişinə biganə qala bilməzdi. Görünür, o, bu gedişlə Kasimir Ningaya “ayıl” mesajını verməyi hədəfləyib.

Futbolçunun ismarıca necə reaksiya verəcəyini qarşıdakı turlar göstərəcək.

XANOĞLAN İMANOV

Digər Xəbərlər
Xəbər Lenti
26 Aprel 18:10 Çək və bizə göndər!