"Sumqayıt" yağışdan çıxdı, yağmura düşdü - VİDEO

2 Mart 2024 01:00 Sumqayıt 641
"Sumqayıt" yağışdan çıxdı, yağmura düşdü - VİDEO

Azərbaycan Premyer Liqasında XXV tura start verilib.

Sportinfo.az xəbər verir ki,“günün yeganə oyunu Sumqayıtda keçirilib.

Şəhərin eyniadlı komandası Mehdi Hüseynzadə adına stadionda “Kəpəz”i qəbul edib. Gəncə təmsilçisi gözlənilmədən ikinci pillədəki rəqibini 3:1 hesabı ilə məğlub edib.

Qonaqların heyətində 20-ci dəqiqədə Vüsal Məsimov, 62-ci dəqiqədə Mate Kvirkviya, 90+5-ci dəqiqədə isə Rüfət Əhmədov fərqlənib.

"Gənclik şəhəri" təmsilçisinin təsəlli qoluna 80-ci dəqiqədə İsa Suliman imza atıb.

Qələbə sayəsində doqquzuncu pillədəki "Kəpəz" xallarının sayını 26-ya yüksəldib. İkinci sırada qərarlaşan "Sumqayıt"ın hesabında 36 xal var.

Store Neftchi
Digər Xəbərlər
Xəbər Lenti
24 May 01:50 Emrah PAŞA