COP29

"Sumqayıt"da Samir Abasovu Vaqif Cavadov əvəzlədi

29 Fevral 17:00 Sumqayıt 8 006
"Sumqayıt"da Samir Abasovu Vaqif Cavadov əvəzlədi

“Sumqayıt” ölkəmizdə təlim-məşq toplanışı keçirən Türkmənistandan “Nebitçi” ilə qarşılaşıb.

“Kapital Bank Arena”da keçirilən qarşılaşmada komandamız 2:4 hesabı ilə məğlub olub.

Qabil Əlizadə və Əjdər Hacılının fərqləndiyi matçda “Kimyaçılar”ı meydana Samir Abasov yox, əvəzedici komandanın çalışdırıcısı Vaqif Cavadov çıxarıb.

Bu da səbəbsiz deyil.

Belə ki, türkmənlər önünə elan olduğu kimi, əsas yox, ikinci komanda ilə qarışıq heyət çıxıb.

Yalnız A komandasından vitse-kapitan Elvin Bədəlov, Abu Dossa, Nihat Əhmədzadə və Sənan Muradlı Cavadovun sərəncamına verilib.

Bu barədə tərəflər arasında qarşılıqlı razılıq olub. Çünki təmsilçimizin bir gün sonra Premyer Liqanın 25-ci turunda "Kəpəz"lə vacib matçı var. Abasov futbolçularını riskə atmaq istəməyib.

Nihat və Sənan əsas komandanın üzvü olsalar da ikinci komandanın matçlarında mütəmadi çıxış edirlər.

Bədəlov və Doss kimi təcrübəlilərin yoxlama oyununda meydana çıxma səbəbi isə onların cəza səbəbindən Qərb təmsilçisi ilə oyunu buraxacağıdır.

Görüşün əsas mahiyyəti isə iki ölkə arasında münasibətlərin daha da möhkəmləndirilməsi olub.

Bu məqsədlə yoldaşlıq oyunundan öncə rəsmi hissə baş tutub.

Mehdi Hüseynzadə adına Sumqayıt Şəhər stadionunda keçirilən tədbirdə Azərbaycan Respublikası Gənclər və İdman Nazirinin müavini Fərhad Hacıyev, Sumqayıt Şəhər İcra başçısının müavini Akif Quliyev, “Azərikimya” İB-nin Baş direktoru Elnur Məmmədli, Türkmənistan Respublikasının Azərbaycandakı səfiri Qurbanməmmət Elyasov, səfirliyin birinci katibi Sultan Açilov, “Sumqayıt” Futbol Klubunun vitse-prezidenti Aydın Xəlilov və digər rəsmi şəxslər iştirak ediblər.

Tədbir zamanı hər iki xalqın dostluq və qardaşlıq əlaqələri bir daha vurğulanıb, idman sahəsindəki əməkdaşlığın gələcək prespektivləri müzakirə edilib. Daha sonra isə rəsmilər yoldaşlıq oyununu izləyiblər.

XANOĞLAN / SPORTİNFO.AZ

Digər Xəbərlər
Xəbər Lenti
26 İyul 18:10 Çək və bizə göndər!
26 İyul 00:10 "Nə olacaqsa, olacaq"