Region futbolçusunun ayağını qırdığı legionerin SON HALI bu VİDEOda

4 Mart 17:00 Sumqayıt 554
Region futbolçusunun ayağını qırdığı legionerin SON HALI bu VİDEOda

“Sumqayıt”ın zədəli legioneri Kristian Velinovski zədəsinin müalicəsi ilə məşğuldur.

24 yaşlı yarımmüdafiəçi bərpa prosesini ölkəmizdə davam etdirir.

Sportinfo.az onun son görüntülərini əldə edib.

Ayağı qırılan futbolçu artıq gəzməyə başlayıb.

Kadrlardan onun hələ də yeriməkdə çətinlik çəkdiyi aydın sezilir.

Həkimlər isə Şimali Makedoniyadan olan legionerin gözləniləndən erkə yaşıl meydanlara dönə biləcəyini ehtimal edirlər.

Ötən ilin noyabr ayında Azərbaycan kubokunun 2-ci təsnifat mərhələsi çərçivəsində keçirilən “Lerik”ə qarşı matçın 23-cü dəqiqəsində “Lerik”in futbolçusu Rahid Ağazadə Kristiana qarşı açıq ayaqla kobud oynayıb.

Nəticədə Velinovskinin ayağı qırılıb. O, təcili tibbi yardım maşını ilə xəstxanaya aparılıb.

Əcnəbi futbolçunun mövsümün son turlarında meydanlara dönüşü ehtimal olunur.

XANOĞLAN / SPORTİNFO.AZ

Təqdim edəcəyimiz görüntürlərə aşağıdakı linkdə baxa bilərsiniz:

Digər Xəbərlər
Xəbər Lenti