COP29

Öncə uyğun gəlmədi, sonra zay çıxdı - Nəhayət, problemi öz hesabına həll etdi

27 Fevral 14:00 Sumqayıt 610
Öncə uyğun gəlmədi, sonra zay çıxdı - Nəhayət, problemi öz hesabına həll etdi

Azərbaycan Premyer Liqasının 25-ci turunun "Sumqayıt" - "Kəpəz" matçının başlama saatı dəyişdirilib.

Mehdi Hüseynzadə adına Sumqayıt şəhər stadionunda işıqlandırma sistemi ilə bağlı bütün prosedurlar yekunlaşdığına görə oyun əvvəlcədən nəzərdə tutulduğu kimi, 16:00-da yox, 19:00-da başlayacaq.

Qarşılaşma 1 mart tarixində baş tutacaq.

Sözügedən arena fevralın 4-də futbolsevərlərin üzünə qapı açıb. Peşəkar Futbol Liqası (PFL) bir neçə il davam edən yenidənqurmadan sonra istifadəyə verilən stadionda xeyli sayda çatışmazlıq aşkarlayıb.

Bura Sumqayıt şəhər İcra Hakimiyyətinin balansında olsa da, problemlər yerli klub tərəfindən aradan qaldırılıb. Onlardan biri də işıqlandırma ilə bağlıdır.

Belə ki, podratçı şirkət tərəfindən quraşdırılan projektorlar PFL-in müəyyənləşdirdiyi standartlara uyğun gəlməyib. Çempionatın təşkilatçısı olan qurumun ekspertləri onların keyfiyyətinin aşağı olmasını bəlli edib.

Növbəti mərhələdə sifariş edilən işıqlar isə zay çıxıb. «Sumqayıt»ın son iki ev oyununu günorta saatlarında keçirməsinin əsas səbəbi budur.

Yalnız klub rəhbərliyinin sonuncu cəhdi PFL-i razı salıb və müvafiq icazə verilib. Bunun üçün çəkilən xərci «Sumqayıt»lılar öz büdcəsindən ödəyib.

SPORTİNFO.AZ

Digər Xəbərlər
Xəbər Lenti
26 İyul 18:10 Çək və bizə göndər!