Azərbaycan klubu Ekvador yığmasının oyunçusunu transfer etdi - RƏSMİ

22 Fevral 2024 16:00 Sumqayıt 622
Azərbaycan klubu Ekvador yığmasının oyunçusunu transfer etdi - RƏSMİ

2023/24 mövsümünün geridə qalan hissəsi üçün transfer çalışmalarını davam etdirən “Sumqayıt” Cordan Rezabala ilə müqavilə imzalayıb.

Sportinfo.az xəbər verir ki, 23 yaşlı ekvadorlu futbolçu ilə 2024-cü ilin sonunadək anlaşma əldə olunub.

Bu barədə klubun mətbuat xidməti məlumat yayıb.

Ekvadorun “İndependyente” komandasının yetirməsi olan Cordan Rezabala son olaraq həmin ölkənin “Quayakil Siti” klubunda çıxış edib.

O, həmçinin 17, 20 və 23 yaşadək futbolçulardan ibarət Ekvador millisinin uğurları üçün çalışıb.

Digər Xəbərlər
Xəbər Lenti
15 Sentyabr 18:10 Çək və bizə göndər!
15 Sentyabr 14:30 "Sportinfo TV”də GÜNDƏM
15 Sentyabr 11:20 "Şikayətlənə bilmərik"