"Sumqayıt" 4 dəqiqə gecikdi, kifayət qədər böyük xərcə düşdü

21 Fevral 22:40 Sumqayıt 488
"Sumqayıt" 4 dəqiqə gecikdi, kifayət qədər böyük xərcə düşdü

AFFA İntizam Komitəsi "Sumqayıt"I 2300 manat cərimələyib.

Sportinfo.az xəbər verir ki, "Gənclik şəhəri" təmsilçisi Premyer Liqanın XXIII turunda qolsuz başa çatan "Turan Tovuz"la matçın 4 dəqiqə gec başlamasına görə 1500 manat ziyana düşüb.

Komanda meydana gec çıxdığı üçün qarşılaşma yubanıb. Görüşdə meydana kənar şəxsin daxil olmasına görə isə klub 800 manat ödəyəcək.

İntizam Komitəsi "Kəpəz"i 700 manat cərimələyib. Gəncə təmsilçisinin 5 futbolçusu "Sabah"a 2:3 hesabı ilə uduzduqları matçda sarı vərəqə ilə cəzalandırılmışdı.

Digər Xəbərlər
Xəbər Lenti