"Neftçi" ilə oyundakı dəstəyi hiss etsəydik, nəticə fərqli ola bilərdi"

22 Fevral 23:20 Sumqayıt 299
"Neftçi" ilə oyundakı dəstəyi hiss etsəydik, nəticə fərqli ola bilərdi"

“Sumqayıt”ın müdafiəçisi Elvin Bədəlov Sportinfo.az-a açıqlama verib.

O, Premyer Liqanın 23-cü turunun “Turan Tovuz”la qolsuz bərabərliklə başa çatan qarşılaşmasını şərh edib:

“Turan" formada olan komandadır. Bizə qarşı yaxşı mübarizə apardılar. Ümumiyyətlə, “Turan” hamı üçün çətin rəqibdir”.

Bədəlov “Turan”la oyunda qələbə qazanmaq istəklərinə mane olan başqa səbəblər barədə də danışıb:

“Öz oyunumuzu maksimum göstərə bilmədik. Düşünürəm ki, buna səbəb sıx qrafikdə oynamağımızdır. Meydanda istənilən kimi aktiv ola bilmədik”.

Təcrübəli futbolçu soyuq hava şəraitində onları dəstəkləməyə gələn fanatlara təşəkkür etməyi də unutmadı:

“Düzdü, daha çox azarkeş gözləyirdik. Ən azı tribunların yarısının dolacağını gözləyirdik.

Məsələn, "Neftçi" ilə açılış matçından möhtəşəm dəstək görmüşdük. Bəlkə də bu dəfə eyni dəstəyi hiss etsək, yenə qələbə qazana bilərdik.

Amma gələnlər də sağolsunlar. Bizi tək buraxmadılar. İnanıram ki, gələn oyunlarda daha çox azarkeş bizi dəstəkləyəcək”.

XANOĞLAN

Digər Xəbərlər
Xəbər Lenti