"Allah Samir Abasovun şikayətlərini eşitdi" - VİDEO

20 Fevral 2024 17:40 Sumqayıt 901
"Allah Samir Abasovun şikayətlərini eşitdi" - VİDEO

«Kazimir Ninqanın «ayağı açılıb».

Bu sözlər futbol eksperti Emin Abbasova məxsusdur.

O, ATV kanalında efirə gedən «Futbolumuz» verlişində «Sumqayıt»ın Çaddan olan hücumçunun yeni ildən sonra özünə gəldiyini deyib:

«Samir Abasov şikayətlənirdi ki, transfer edə bilmirik. Sanki Allah onun səsini eşitdi.

Ninqa bu il Premyer Liqada artıq 3 qol vurub. Birini Qəbələdən penalttidən vurdu, ikisini də «Neftçi»yə.

Afrikalı forvardı mən əvvəl çox tənqid etmişəm. Deyirdim ki, meydanda çox hərəkətli olsa da, qol vura bilmir.

İndi isə Ninqa meydanda uçur, əla təsir bağışlayır. Yaxşı işlər görür».

SPORTİNFO.AZ

VİDEONU BU LINKƏ DAXİL OLARAQ İZLƏYİN:

Digər Xəbərlər
Xəbər Lenti
17 Mart 11:20 Bala-bala...