“Neftçi”yə 2 qol vuran: "Xüsusi minnətdarlığa ehtiyacım yoxdur"

13 Fevral 18:00 Sumqayıt 1 497
“Neftçi”yə 2 qol vuran: "Xüsusi minnətdarlığa ehtiyacım yoxdur"

“Mənim borcum işimi yaxşı görməkdir və belədə motivasiyam sanki yenidən başlayır”.

Bu sözləri Sportinfo.az-a açıqlamasında “Sumqayıt”ın hücumçusu Kasemir Ninqa deyib.

Çaddan olan forvard Premyer Liqanın ötən turunda “kimyaçılar”ı sevindirdi. Afrikalı legioner Mehdi Hüseynzadənın adını daşıyan stadionun açılışında “Neftçi”yə iki qol vuraraq, komandasına 2:1 hesablı tarixi qələbə qazandırdı.

Maraqlıdır, əla performans sərgiləyən Ninqa matçdan sonra klub prezidenti və ya baş məşqçidən xüsusi təbrik aldımı?

30 yaşlı legioneri dinləyək:

“Heç bir xüsusi minnətdarlığa ehtiyacım yoxdur. Komanda yoldaşlarımdan, həmçinin hər zaman bizə kömək etməyə hazır olan məşqçilərdən razıyam.

Daha çox və daha doğru şeyləri etməliyəm ki, yoldaşlarıma və komandaya istədiyim nəticəni əldə etmək üçün kömək edə bilim".

Digər Xəbərlər
Xəbər Lenti