Azərbaycan futbolunda CAZİBƏDAR HADİSƏ - VİDEO

12 Fevral 17:40 Sumqayıt 1 883
Azərbaycan futbolunda CAZİBƏDAR HADİSƏ - VİDEO

“Açığı, Türkiyə çempionatını izlyəndə oyundan daha çox stadiondakı o ab-hava adama olduğundan cazibədar gəlir”.

Bu fikirlər futbol eksperti Emin Abbasova məxsusdur.

O, ATV kanalında yayımlanan “Futbolumuz” verlişində Mehdi Hüseynzadə adına Sumqayıt şəhər stadionunun açılışından danışıb.

Tanınmış teleşərhçi “Sumqayıt” – “Neftçi” qarşılaşması (2:1) ilə qapılarını futbolsevərlərin üzünə açan arenanın gözəl göründüyünü bildirib.

Qeyd edib ki, həmin gün Sumqayıtda möhtəşəm ab-hava var idi:

“Ot örtüyü və tribunalara söz ola bilməz. “Sumqayıt” əvvəl oyunlarını 1300 nəfərlik stadionda keçirirdi.

Bura isə 9000 nəfərlikdir. İnanmaq istəyirəm ki, komanda daha ev oyunlarını dolu tribunalar qarşısında keçirəcək və bundan da yaxşı oyun sərgiləyəcək.

Doğrudan da, futbolun inkişafı bir yox, bir neçə amildən asılıdır”.

SPORTİNFO.AZ

VİDEONU BU LINKƏ DAXİL OLARAQ İZLƏYİN:

Digər Xəbərlər
Xəbər Lenti