Keçmiş futbolçu “Neftçi”nin uduzduğu oyundan maraqlı görüntülər hazırladı - VİDEO

9 Fevral 2024 19:00 Sumqayıt 737
Keçmiş futbolçu “Neftçi”nin uduzduğu oyundan maraqlı görüntülər hazırladı - VİDEO

Sumqayıtda illərin həsrəti başa çatdı.

Mehdi Hüseynzadə adına stadion tam yenilənəndən sonra azarkeşlərin ixtiyarına verildi.

Fevralın 4-də arenanın açılış matçında “Sumqayıt” “Neftçi”ni qəbul etdi ki, 90 dəqiqənin tamamında sevinən meydan sahibləri və onları dəstəkləyən azarkeşlər oldu.

Həmin gün oyunu işıqlandıranlar arasında tanınmış blogerə, “Tik-Tok” platformasında izləyicilərin sevgisini qazanan Nuqzar Kvirtiyaya da rast gəlmək mümkün idi.

Vaxtilə Premyer Liqamızada top qovan, AZAL-la “Turan”ın heyətində 100-dən artıq oyunun iştirakçısı olan əslən gürcüstanlı sosial şəbəkə fenomeni Sumqayıtda lentə aldıqlarından maraqlı vloq hazırlayıb.

Onun oyundan əvvəl, matçın gedişində, fasilədə və hakimin final fitindən sonrakı görüntüləri böyük marağa səbəb olub.

HƏBİB / SPORTİNFO.AZ

Store Neftchi
Digər Xəbərlər
Xəbər Lenti
24 May 01:50 Emrah PAŞA