"Neftçi" üzərində qələbənin memarı: "Çətinlik çəkirəm"

8 Fevral 21:20 Sumqayıt 543
"Neftçi" üzərində qələbənin memarı: "Çətinlik çəkirəm"

"Sumqayıt" Premyer Liqanın 21-ci turunu "Neftçi" üzərində qələbə ilə başa vurdu.

Oyunun qəhrəmanı sözsüz ki, meydan sahiblərinin forvardı Kasimir Ninga oldu.

Çadlı legioner ilk hissəsində 2 qol vurduğu qarşılaşmada 90 dəqiqə rəqib müdafəsinə çətin anlar yaşatdı.

O, təəssüratlarını Sportinfo.az-la bölüşüb:

"Açığı, fikirlərimi tam dolğun ifadə etməyə çətinlik çəkirəm. Stadionun dolu olduğunu görmək bizi çox sevindirdi.

Bu, həqiqətən hamımıza əla motivasiya idi. Yaxşı hazırlaşdığımız bir oyun idi.

Bütün matçlarımızı hər zaman belə oynamalıyıq. Belə oynamaq üçün böyük komandaların rəqib olmasını gözləməyək.

Hər matçda qalib gəlmək üçün çox oynamalıyıq. Bu, ən vacib şeydir".

Son görüşlər qolları sıralayan Ninga gələcək görüşlərə də eyni ruhda çıxmalı olduqlarını sözlərinə əlavə edib:

"Qarşıda hələ çox oyunumuz qalıb. Qələbələri qoparmaq üçün özümüzü aslanlar kimi aparmalıyıq. Biz təvazökar qalacağıq və çətin olan bu işi görəcəyik".

Digər Xəbərlər
Xəbər Lenti