İcra başçısı "Neftçi" üzərində qələbəyə biganə qalmadı - VİDEO

6 Fevral 23:00 Sumqayıt 6 101
İcra başçısı "Neftçi" üzərində qələbəyə biganə qalmadı - VİDEO

"Sumqayıt"10 ildən sonra Mehdi Hüseynzadə adına Sumqayıt şəhər stadionuna "Neftçi" ilə matçda dönüş etdi.

Premyer Liqanın 21-ci turuna təsadüf edən qarşılaşmanı yenilənmiş arenadan izləyənlər arasında Sumqayıt şəhər İcra Hakimiyyətinin başçısı Zakir Fərəcov da vardı.

90 dəqiqə fəxri tribunadan həyəcanla matçı izləyən şəhər meri final fitindən sonra futbolçuları təbrik etməyi də unutmadı.

O, bunun üçün şəxsən klub rəsmiləri ilə birgə paltardəyişmə otağına enib.

Parlaq qələbə qazanan kollektiv önündə nitq söyləyib.

Baxımlı oyuna görə futbolçulara təşəkkür edib və uğurlu çıxışın davam etdirilməsinin vacibliyi vurğulayıb.

Həmin anlara aşağıdakə linkdə baxa bilərsiniz:

XANOĞLAN / SPORTİNFO.AZ

VİDEONU BU LINKƏ DAXİL OLARAQ İZLƏYİN:

Digər Xəbərlər
Xəbər Lenti