"Neftçi"yə qənim kəsilən forvardın başına gələnlərə baxın - VİDEO

7 Fevral 23:00 Sumqayıt 1 264
"Neftçi"yə qənim kəsilən forvardın başına gələnlərə baxın - VİDEO

“Sumqayıt” Mehdi Hüseynzadə adına Sumqayıt şəhər stadionuna qələbə ilə qayıtdı.

Yenilənmiş arenada “Neftçi”ni qəbul edən meydan sahibləri qonaqlara şans tanımadı.

Təxminən 9 min azarkeşin önündə oynayan meydan sahibləri 90 dəqiqə üstün futbola yadda qaldı.

Qarşılaşmanın qəhrəmanı isə sözsüz ki, Kasimir Ninqa oldu.

Afrikalı legioner 7 və 36-cı dəqiqələrdə vurduğu qolarla komandasına qələbə qazandırdı – 2:1.

Yerli publika 90 dəqiqə oyunun adamına öz sevgisini alqışlar və “Ninqa, Ninqa” sədaları ilə bildirdi.

Matçdan sonra da “11 nömrə”yə diqqət davam etdi.

Yeniyetmə fanatlar təxminən 1 saata yaxın stadionun çıxış qapısında forvardın gəlişini gözlədilər.

Və onu görüncə dövrəyə alıb, avtoqraf və selfi növbəsinə düzüldülər.

XANOĞLAN / SPORTİNFO.AZ

Həmin anlara aşağıdakı linkdə baxa bilərsiniz:

Digər Xəbərlər
Xəbər Lenti