Bu da “Sumqayıt”ın futbolçuları üçün...

6 Fevral 2024 02:20 Sumqayıt 990
Bu da “Sumqayıt”ın futbolçuları üçün...

"Sumqayıt" Akademiyasının U-15, U-16, U-17 və U-19 komandaları üçün antidopinq maarifləndirmə seminarı təşkil edilib.

Sportinfo.az xəbər verir ki, seminarda dopinq nəzarəti ilə bağlı əsas mövzular əhatə olunub.

Nümunələrin toplanmasından laboratoriya təhlilinə qədər dopinq nəzarəti prosesinin bütün aspektləri idmançıların diqqətinə çatdırılıb. Həmçinin onlara 11 antidopinq qayda pozuntusu haqqında da ətraflı məlumat verilib.

Bundan əlavə, idmançıların hüquq və öhdəlikləri ilə bağlı önəmli məlumatlar paylaşılıb, dürüst idman mühitini qorumaq üçün məsuliyyət və öhdəlikləri vurğulanıb.

Digər Xəbərlər
Xəbər Lenti
4 Sentyabr 18:10 Çək və bizə göndər!
4 Sentyabr 14:30 "Sportinfo TV”də GÜNDƏM