Adam əlindən tərpənmək olmayacaq - “Sumqayıt” – “Neftçi” oyununda

3 Fevral 16:20 Sumqayıt 1 179
Adam əlindən tərpənmək olmayacaq -  “Sumqayıt” – “Neftçi” oyununda

Premyer Liqanın XXI turunda keçiriləcək “Sumqayıt” – “Neftçi” oyununda 2023/2024 mövsümünün azarkeş rekordu qırılacaq.

Sportinfo.az xəbər verir ki, yenidənqurmadan sonra ilk matçı qəbul edəcək Mehdi Hüseynzadə adına şəhər stadionundakı görüş üçün satışa çıxarılan biletlər bitmək üzrədir.

9000-ə yaxın tamaşaçı tutumuna malik olan arenada təşkil olunacaq qarşılaşmaya 8800 bilet satışa çıxarılmışdı. Oyuna maraq yüksək səviyyədə olduğundan, satışda artıq çox az – təxminən 300-400 bilet qalıb.

Fevralın 4-də keçiriləcək “Sumqayıt” – “Neftçi” oyunu saat 15:00-da başlayacaq. Qarşılaşmadan əvvəl iki müğənni - Hiss və “Sumqayıt uşağı” Murad Arif konsert proqramı ilə çıxış edəcəklər.

Premyer Liqanın 2023/2024 mövsümünün azarkeş rekordu X turun “Turan Tovuz” – “Qarabağ” oyununa məxsusdur. 2:2 hesabı ilə başa çatan Tovuz şəhər stadionundakı qarşılaşmada 6000 tamaşaçı olub.

Digər Xəbərlər
Xəbər Lenti