Pulunu ver, "Sumqayıt uşağı" ilə "Neftçi"ni Hiss et!

3 Fevral 2024 09:40 Sumqayıt 972
Pulunu ver, "Sumqayıt uşağı" ilə "Neftçi"ni Hiss et!

Azərbaycan Premyer Liqasının 21-ci turu çərçivəsində "Sumqayıt” sabah doğma şəhərdə "Neftçi” ilə qarşılaşacaq (saat 15.00).

Bu, həm də Mehdi Hüseynzadə adına stadionda uzun illərdən sonra ilk matç olacaq.

Təmirdən yeni çıxan və komandanın istifadəsinə verilən stadionda keçiriləcək ilk görüşü "Sumqayıt” xüsusi etmək niyyətindədir.

Belə ki, oyundan əvvəl təşkil olunacaq konsert proqramında iki müğənni - Hiss və "Sumqayıt uşağı" Murad Arif çıxış edəcək.

Tədbirin aparıcısı tanınmış şoumen Sənan Şəfizadə olacaq.

Arenanın tutumu 9700 nəfərdir. Ev sahibi klub satışa 8800 bilet çıxarıb. Artıq onlardan 8100 ədədi satılıb.

Yerdə qalan biletlərin də bu gün axşamadək alıcılarını tapacağı gözlənilir.

SPORTİNFO.AZ

Store Neftchi
Digər Xəbərlər
Xəbər Lenti
24 May 01:50 Emrah PAŞA