Azərbaycanda çıxış edən pakistanlı “qış yuxusu”ndan danışdı

2 Fevral 21:00 Sumqayıt 342
Azərbaycanda çıxış edən pakistanlı “qış yuxusu”ndan danışdı

“Bizdən daha təcrübəli rəqiblərlə mübarizə aparmalıyıq”.

Bu sözləri Sportinfo.az-a açıqlamasında İsa Suliman deyib.

“Kimyaçılar”ın pakistanlı müdafiəçisi “avrokuboklara vəsiqə qazanmağınız realdır, yoxsa əsas rəqibləriniz hələ “qış yuxusu”nda dır” sualına belə cavab verib:

“Futbolçu olaraq ən yaxşısına ümid edirik. Amma bu, heç də asan olmayacaq.

Digər tərəfdən, indidən mövsümün sonu barədə düşünmürük. Oyunları tək-tək fikirləşirik. Yekunda necə olacağını zaman göstərəcək”.

“Sumqayıt” Premyer Liqanın geridə qalan 20 turu ərzində 31 xal toplayıb. “Gənclik şəhəri”nin təmsilçisi bu göstərici ilə turnir cədvəlində yalınız “Qarabağ” və “Neftçi”dən arxada qalır.

“Kimyaçılar” ölkə kubokunun ¼ final mərhələsində “Neftçi”yə rəqibdir. Sumqayıtda keçirilən ilk qarşılaşma “ağ-qaralar”ın 3:2 hesablı qələbəsi ilə başa çatıb.

Digər Xəbərlər
Xəbər Lenti