"Neftçi" olan yerdə satış niyə olmasın? – Bazarda son vəziyyət

2 Fevral 2024 14:20 Sumqayıt 1 331
"Neftçi" olan yerdə satış niyə olmasın? – Bazarda son vəziyyət

Azərbaycan Premyer Liqasının 21-ci turu çərçivəsində "Neftçi" ilə qarşılaşacaq "Sumqayıt"ın təmirdən çıxmış Mehdi Hüseynzadə adına stadionda ilk ev oyununa bilet satışı davam edir.

Sportinfo.az xəbər verir ki, satışa 8800 bilet çıxarılıb (ümumi arenanın tutumu 9700 tamaşaçı).

Bu gün səhər saatlarına olan məlumata görə, artıq 3500 bilet satılıb.Təşkilatçılar ilk oyun üçün stadionun 90 faiz dolu olacağını düşünürlər.

“Sumqayıt” – “Neftçi” matçı fevralın 4-də keçiriləcək və oyuna 15:00-da start veriləcək.

Start fitinə bir saat qalmış Hiss və Murad Arifin iştirakı ilə konsert proqramının da keçirilməsi nəzərdə tutulub.

Store Neftchi
Digər Xəbərlər
Xəbər Lenti
24 May 01:50 Emrah PAŞA