"Neftçi"yə 0:3 uduzduğumuz oyunun fasiləsində Samir Abasov bizə dedi ki..."

4 Fevral 14:25 Sumqayıt 1 033
"Neftçi"yə 0:3 uduzduğumuz oyunun fasiləsində Samir Abasov bizə dedi ki..."

"Qarşıda çempionat oyunu var, bu, bizim üçün çox vacibdir".

Bu sözləri Sportinfo.az-a açıqlamasında Ölkə Kubokunun yarımfinal mərhələsinin "Neftçi" ilə ilk matçı (2:3) haqda danışan "Sumqayıt"ın yarımmüdafiəçisi Oktavio Monteka deyib.

O, 4 görüşdən sonra gələn məğlubiyyəti belə şərh edib:

"Futbol belədi, hər oyunda qalib gələ bilmərik. İlk hissə böyük hesabla geri düşdük.

İkinci yarı iki qol vuraraq fərqi aradan qaldıra bildik. Məncə, cavab görüşü öncəsi ən əsası da bu idi".

"Maraqlıdır, 0:3 geri düşdüyünüz ilk hissədən sonra fasilədə baş məşqçi sizə hansı tapşırıqları verdi" sualına isə 30 yaşlı futbolçu belə cavab verib:

"Məşqçi bizə məşqlərdə etdiyimiz şeyləri etməyimizi söylədi və biz bunu göstərə bildik".

XANOĞLAN

Digər Xəbərlər
Xəbər Lenti