“Sivasspor”da “Qarabağ”a qarşı oynadı, Azərbaycana gəlib etiraf etdi ki...

1 Fevral 17:00 Sumqayıt 2 385
“Sivasspor”da “Qarabağ”a qarşı oynadı, Azərbaycana gəlib etiraf etdi ki...

Son illər Premyer Liqamıza üz tutan futbolçuların böyük əksəriyyəti Portuqaliya və Fransa liqalarında oynamışlardır.

Görünən budur ki, ya klublarımızın əməkdaşlıq etdiyi futbolçular əsasən bu ilki ölkənin bazarı ilə işləyir, ya da baş məşqçilərin tələblərinə uyğun oyunçuları bu liqalardan tapmaq mümkündür.

“Sumqayıt”ın Çaddan olan hücumçusu Kasimir Ninqa da belələrindəndir.

30 yaşlı futbolçunun karyerası əsasən Fransa təmsilçiləri ilə bağlıdır.

O, 2015-ci ildən başlayaraq Liqa-1-də “Monpelye”, “Kan”, “Anje” kimi komandaların şərəfini qoruyub, Türkiyə Super Liqasında “Sivasspor”un, Kiprin yüksək dəstəsində “Anortosis”in uğurları üçün tər töküb.

Hətta 2020-21 mövsümündə Avropa Liqasının qrup mərhələsində “Sivasspor”un heyətində “Qarabağ”a qarşı hər iki oyunun iştirakçısı olub.

Ninqa Sportinfo.az-a açıqlamasında vaxtilə top qovduğu çempionatlarla Azərbaycan Premyer Liqasını müqayisə edib:

“Hər çempionatın özünə görə səviyyəsi var. Təbii ki, Fransa və Türkiyənin yüksək liqaları bir çox cəhətlərinə görə Azərbaycan Premyer Liqasından fərqlənir. Konkret detallar barədə danışmaq üçün çox vaxt lazımdır, 3-5 dəqiqəyə sığmaz.

Burada oynadığıma görə demirəm, Azərbaycan çempionatının səviyyəsi də yüksəkdir. Premyer Liqada səviyyəli legionerlər oynayır, komandalar arasında gərgin mübarizə gedir. Etiraf edim ki, bu cür mübarizə mənə zövq verir”.

“Kimyaçılar”ın “11 nömrə”si cari mövsümdə meydana çıxdığı 13 oyunda 1 qol vurub.

HƏBİB

Digər Xəbərlər
Xəbər Lenti