“Xeyr-xeyr! Bu, ola bilməz” - O, özünü qəhrəman saymır

30 Yanvar 21:20 Sumqayıt 334
“Xeyr-xeyr! Bu, ola bilməz” - O, özünü qəhrəman saymır

“Sumqayıt”ın pakitsanlı müdafiəçisi İsa Suliman Sportinfo.az-a müsahibə verib.

- Qəbələdə bərabərsəviyyəli oyunun sonunda tablodakı rəqəmlərin bu cür olacağını təsəvvür edirdin?

- Qələbəni çətinliklə əldə etdik. Ümumi götürsək, hər iki komanda matçın hansısa dəqiqələrində üstün görünürdü, qol vəziyyətləri yaxalayırdı. Bundan öncəki səfərimizdə də 2:1 hesabı ilə qalib gəlmişdik, onda da çətin olmuşdu. “Qəbələ”yə qarşı oynamaq, mübarizə aparmaq heç də asan deyil. Bizim üçün çətin qazanılan qələbə oldu.

- Rəqibi nədə üstələdiniz?

- Məncə, penalti vacib rol oynadı. Hesabı açdıq və müəyyən mənada rahatlıq tapdıq. Rəqib isə daha çox tələsməyə başladı. Müdafiədə və “çərçivə”də inamlı oynamaqla istəyimizə çatdıq.

- Özünü 3 xalın əsas səbəbkarı, 90 dəqiqənin qəhrəmanı hesab edirsən?

- Xeyr-xeyr. Bu, ola bilməz. Qələbə bütün komandanın zəhmətinin nəticəsidir. Hesabı açsaq da, rəqib üzərimizə gəlirdi. Gərginliyin qarşısını komanda şəklində aldıq, birlikdə mübarizə apardıq. Ona görə də fərd olaraq kimisə fərqləndirmək düzgün olmaz.

HƏBİB

Digər Xəbərlər
Xəbər Lenti