“Sumqayıt” üçün Tanrının bir lütfü, yoxsa “ölüm mələyi”?

30 Yanvar 17:40 Sumqayıt 432
“Sumqayıt” üçün Tanrının bir lütfü, yoxsa “ölüm mələyi”?

Premyer Liqaya aid bütün proqnozlar alt-üst olub.

«Sumqayıt» və «Araz-Naxçıvan» medallar uğrunda mübarizəyə qoşulmaqla cəmi ekspertləri yanıltdı.

Həftəsonu hər iki komanda Mərdəkanda üz-üzə gəldi. Oyun hər iki tərəf adına “get-gəl” oldu.

Tam üstünlük əldə edən olmadı. Rollar tez-tez dəyişdi.

«Sumqayıt» neçə dəfə qolla burun-burun dayandı. Həm əvvəldə, həm də axırda «Araz-Naxçıvan»ı meydanın əks tərəfinə çəkilməyə məcbur etdilər.

Bunlar olmaya bilərdi. Əliyar Ağayev tərəf tutmasaydı əgər.

Referi 32-ci dəqiqədə rəqibin üzərinə açıq ayaqla atılan Kamran Əliyevi meydandan kənarlaşdırmamaqla, «Sumqayıt»ı məğlubiyyət «ip»indən aldı.

Di gəl, Mehti Cənnətov eyni işi görmədi. «Araz»ın bərabərlik qolunu vurmasında «əmək» sərf etdi.

Yadımızdadır, Samir Abasov təqribən 6-7 il öncə, yəni, «Sumqayıt»da çalışdığı ilk dönəmdə Cənnətovu «Tanrının bir lütfü» adlandırmışdı.

Maraqlıdır, o, bu oyundan sonra Mehdiyə nə deyib? Görən, bu dəfə onu «ölüm mələyi» adlandırıb eləməyib ki?

Cənnətov səhvlərə açıq qapıçıdır. İki il «Zirə»nin formasını geyindi, 20 ilə bəs edəcək qədər səhvə yol verdi.

«Sumqayıt»da da qaldığı yerdən davam eləməsə yaxşıdır.

ELNUR

Digər Xəbərlər
Xəbər Lenti