"Neftçi" gəlir, şəhərdə açılış olacaq - Bu gün satışa çıxarılır

30 Yanvar 14:20 Sumqayıt 1 155
"Neftçi" gəlir, şəhərdə açılış olacaq - Bu gün satışa çıxarılır

Azərbaycan Premyer Liqasının XXI turunda Mehdi Hüseynzadə adına Sumqayıt şəhər stadionunda keçiriləcək "Sumqayıt" - "Neftçi" oyununun biletləri satışa çıxarılır.

"Gənclik şəhəri" təmsilçisindən Sportinfo.az-a verilən məlumata görə, biletləri bu gün saat 15:00-dan etibarən "iticket.az" saytından, həmçinin Sumqayıtda yerləşən 1 saylı "ASAN Xidmət"dən əldə etmək mümkündür.

Matça 3 gün qalmış stadionun yaxınlığında fəaliyyət göstərəcək kassadan da satış həyata keçiriləcək.

"Sumqayıt" Azərbaycan Premyer Liqasının XXI turunda "Neftçi"ni məhz bu arenada qəbul edəcək. Fevralın 4-də keçiriləcək görüş saat 15:00-da başlayacaq.

Qarşılaşmadan bir saat əvvəl konsert proqramı təşkil ediləcək.

Bu, Mehdi Hüseynzadə adına Sumqayıt şəhər stadionunda yenidənqurmadan sonra ilk oyun olacaq.

Digər Xəbərlər
Xəbər Lenti