“İstədim, o da “vur” dedi”

29 Yanvar 23:00 Sumqayıt 344
“İstədim, o da “vur” dedi”

“Sumqayıt”ın Çaddan olan hücumçusu Kasimir Ninqa Sportinfo.az-a müsahibə verib.

- “Qəbələ”yə vurduğun yeganə qolla 3 xal qazandız.

-Çox çətin oyun oldu. Qalib gəlsək də, bu, heç də asan olmadı. Rəqib sona qədər mübarizə aparmaqla bizə çətin anlar yaşadırdı. Baş məşqçinin bizdən istəyi bütün fikrimizi oyuna kökləmək idi. Belə də etdik.

- “Qəbələ”ni nəyin sayəsində üstələdiz?

- Çox yaxşı toplanış keçdiyimizi deməliyəm. Təlim-məşq toplanışında maksimumu etməyə çalışdıq. Neçə vaxtdır bu oyuna hazırlaşırdıq, köklənirdik. Qol imkanlarından yararlana bilməsək də, penaltidən fərqlənməklə istəyimizə çatdıq.

- Penalti çox müzakirə olunur. Epizoda yaxın idin, səncə, hakim doğru qərar qəbul etdi?

- Bəli, gördüm. Mənim fikrim önəm daşıyırsa, bəli, orada rəqib futbolçu İsanı vurmuşdu.

- Komandanın ştatlı penalvuranı sənsən?

- Xeyr, bu iş Rövlan Muradova həvalə olunub.

- Bəs, nə əcəb sən yerinə yetirdin?

- Həmin an Rövlana yaxınılaşıb özümdə əminlik hiss etdiyimi və penaltini yerinə yetirmək istədiyimi bildirdim. O da “vur” dedi.

HƏBİB

Digər Xəbərlər
Xəbər Lenti