"Sumqayıt"ın "Neftçi" gündəmi - "Mehdi Hüseynzadə" hazır vəziyyətə gətirildi

28 Yanvar 01:20 Sumqayıt 717
"Sumqayıt"ın "Neftçi" gündəmi - "Mehdi Hüseynzadə" hazır vəziyyətə gətirildi

"Sumqayıt" növbəti turdan etibarən ev oyunlarını yeni təmir olunmuş Mehdi Hüseynzadə adına stadionda keçirəcək.

Sportinfo.az xəbər verir ki, bu barədə klubdan rəsmi açıqlama verilib.

Sumqayıt təmsilçisinin açıqlamasında aşağıdakı sözlər yer alıb:

"Əziz azarkeşlərimiz! Nəhayət, hamımızın gözlədiyimiz günə az qaldı. Mehdi Hüseynzadə adına Sumqayıt Şəhər Stadionunda təmirdən sonra ilk oyun üçün hazırıq.

Fevral ayının 4-də, saat 14:00-da baş tutacaq Premyer Liqanın 21-ci turunun "Neftçi" ilə oyununda azarkeşlərimizi şəhərimizin rəmzlərindən biri olan doğma stadionumuzda qarşılayacağıq.

Hər birinizi möhtəşəm konsert proqramının da keçiriləcəyi açılış matçında və ondan sonrakı bütün ev oyunlarımızda yanımızda olmağa səsləyirik.

Gələn həftədən etibarən satışa çıxacaq biletləri www.iticket.az saytından, Sumqayıtda yerləşən 1 saylı ASAN Xidmət mərkəzindən, oyuna 3 gün qalmış isə stadionun yaxınlığında fəaliyyət göstərəcək kassadan əldə edə biləcəksiniz.

Qeyd: Bilet qiymətləri və konsert proqramındakı iştirakçılar haqqında qarşıdakı günlərdə ətraflı məlumat veriləcək".

Stadion xeyli müddətdir hazır olmasına baxmayaraq tribunalardakı müəyyən problemlər üzündən komandanın istifadəsinə verilə bilmirdi.

Digər Xəbərlər
Xəbər Lenti