“Neftçi” ilə “Araz-Naxçıvan”a “xal mənbəyi” kimi baxan var

27 Yanvar 19:40 Sumqayıt 1 227
“Neftçi” ilə “Araz-Naxçıvan”a “xal mənbəyi” kimi baxan var

Sürpriz nəticələrə imza atmaqla diqqət çəkən “Sumqayıt” mövsümün ikinci yarısına qələbə ilə başladı.

Samir Abasovun rəhbərlik etdiyi kollektiv Qəbələ səfərində yerli komandanı üstələməyi bacardı – 1:0.

Bu qələbədən sonra xalların sayını 30-a yüksəldib ikinci pillədəki “Zirə”yə şərik olan “kimyaçılar”ın sevinməsi anlaşılandır.

Lakin qarşıda onları daha ciddi sınaqlar gözləyir. “Sumqayıt” yanvarın 28-də əsas rəqiblərindən olan “Araz-Naxçıvan”ın qonağı olacaq, fevralın 4-də “Neftçi”ni qəbul edəcək.

Komandanın aparıcı futbolçularından olan İsa Suliman Sportinfo.az-a açıqlamasında sözügedən oyunlarla bağlı danışıb:

“Bizim öz mentalitetimiz, işə yanaşma tərzimiz var. Meydana ayaq basanda heç-heçə, yaxud məğlub olmamaq haqda düşünmürük.

Məqsədimiz hər oyundan 3 xalla ayrılmaqdır. “Araz-Naxçıvan”la “Neftçi” turnir cədvəlində bizə yaxın olan komandalardır.

Mümkün qələbələr vəziyyətimizi xeyli yaxşılaşdıracaq. İstənilən halda yalnız qalibiyyətə fokuslanacağıq”.

HƏBİB

Digər Xəbərlər
Xəbər Lenti