Xahişi yerə saldı, baxışa gələn legionerə şans vermədi, rəhbərliyi hiddətləndirdi

27 Yanvar 12:40 Sumqayıt 1 111
Xahişi yerə saldı, baxışa gələn legionerə şans vermədi, rəhbərliyi hiddətləndirdi

«Sumqayıt»ın baş məşqçisi Samir Abasov kləb rəhbərliyini hiddətləndirib.

Hadisə Antalyada yaşanıb.

Belə ki, Türkiyədə keçirilən təlim-məşq toplanışının son günlərində düşərgəyə yeni legioner qoşulub. Abasovun ona

“Soqdiana”la (Özbəkistan) yoxlama görüşündə (3:0) şans verəcəyi gözlənilsə də, əksi olub.

Rəsmilər köməkçisi Seymur Rəhimov vasitəsilə baş məşqçidən “10-15 dəqiqə şans ver“ xahişi etsə də, o, bu sözü yerə salıb.

Abasov əcnəbi futbolçunu sonadək ehtiyatda saxlayıb, qarşılaşma bitəndən sonra onun xidmətinə ehtiyacının olmadığını söyləyib.

“Kimyaçılar“ın çalışdırıcısı yeni il üçün 2 transfer istəyib. Hələ biri də alınmayıb. Samir Abasov bundan narazılığını Qəbələdə də dilə gətirib.

Təcrübəli mütəxəssis «qırmızı-qaralar»a 1:0 hesabıyla qalib gəldikləri matçın ardından “bundan sonra aşağı pillərə ensək, səbəbi transfer etməməyimiz olacaq“ açıqlaması verib.

SPORTİNFO.AZ

Digər Xəbərlər
Xəbər Lenti