Baş məşqçinin hücumçu “dərdi” – Hansını oynadım axı?

26 Yanvar 21:20 Sumqayıt 691
Baş məşqçinin hücumçu “dərdi” – Hansını oynadım axı?

“Sumqayıt”ın hücum xəttində ciddi rəqabət müşahidə etməkdəyik.

Samir Abasovun istəyi ilə yayda komandaya cəlb olunan Erik Sorqa ilə Kasimir Ninqa “11-lik”də möhkəmlənmək üçün ciddi mübarizəyə girişib.

Geridə qalan 19 oyunun 10-da Estoniya millisinin şərəfini qoruyan Sorqa ilk dəqiqələrdən meydanda olubsa, 9-da Çad millisinə dönməyi qarşısına hədəf qoyan Ninqa əsas heyətdə yer alıb.

Kasimir Sportinfo.az-a açıqlamasında “9 nömrə” ilə aralarındakı rəqabət barədə danışıb:

“Hər ikimiz məşqlərdə üzərimizə düşəni edirik. Təbii ki, istənilən futbolçunun arzusu daha çox oynamaqdır. Mən də tələb olunanı verməyə çalışıram.

Əsas heyətdə kimin yer alacağına dair qərarı baş məşqçi verir. Bəzən mən “11-lik”də oluram, bəzən Erik. Yəqin ki, son məşqlərdə kimin daha hazır olmasına önəm verilir”.

Maraq üçün bildirək ki, Sorqa cari mövsümdə 2, Ninqa 1 qol vurub.

HƏBİB

Digər Xəbərlər
Xəbər Lenti